Altı yaşlı Əsmanın anası fəryad edir: “Yaşıdları ilə oynamaq üçün ağlayır, bizdən küsür” – FOTO | DEFAKTO.AZ Altı yaşlı Əsmanın anası fəryad edir: “Yaşıdları ilə oynamaq üçün ağlayır, bizdən küsür” – FOTO – DEFAKTO.AZ

Altı yaşlı Əsmanın anası fəryad edir: “Yaşıdları ilə oynamaq üçün ağlayır, bizdən küsür” – FOTO

6


Altı yaşlı Əsma kəskin leykozdan əziyyət çəkir.

Bu barədə DEFAKTO.az-a onun anası Günel Əmirova məlumat verib.

O bildirib ki, övladının dəstəyə ehtiyacı var.

“Əsmanın dörd yaşı olanda kəskin leykozdan əziyyət çəkdiyini öyrəndik. Həmin gündən etibarən də müalicələrinə başladıq. Müalicələrə Əsmanın bədəni müsbət cavab verdiyi üçün xəstəlik irəliləmir. Müalicələrini bir müddət özümüz öz gücümüzə etsək də, son dövrlər sizin saytın izləyicilərinin dəstəyi ilə bu yolda irəliləyirik. İnanın, nə satmağa dəyərli əşyam, nə də borc alacaq bir adamımız qalıb. Əsmanın müalicələrini davam etdirə bilmək üçün hazırda 1 000 manata ehtiyacımız var. Övladımın həyatının ən gözəl dövrləri xəstəxanalarda keçir. Çölə çıxmaq, yaşıdları ilə oynamaq üçün ağlayır, bizdən küsür. Yardımsevər insanlardan xahiş edirəm – bizə kömək edin”.

Ailə ilə əlaqə: (070) 553-95-66.

Uni Bank: 5243 7544 4346 2351.