Azərbaycan millisinin sabiq futbolçusu daha on gün xəstəxanada qalacaq | DEFAKTO.AZ Azərbaycan millisinin sabiq futbolçusu daha on gün xəstəxanada qalacaq – DEFAKTO.AZ

Azərbaycan millisinin sabiq futbolçusu daha on gün xəstəxanada qalacaq

17


“Azərbaycan millisinin sabiq futbolçusu Vadim Vasilyev daha 10 gün xəstəxanada qalacaq”.

Bu barədə “Report”a AFFA-nın Mətbuat Xidmətinin rəhbəri Elnur Məmmədli məlumat verib.

Onun sözlərinə görə, insult keçirən 51 yaşlı keçmiş hücumçu bu müddət ərzində xəstəxanada müalicəsini davam etdirəcək:

“Vasilyevin növbəti xərclərini də milli assosiasiya öz üzərinə götürüb”.

Qeyd edək ki, Vadim Vasilyev 1999-2003-cü illərdə Azərbaycan yığmasında çıxış edib və 33 oyunda 2 qol vurub.