20 Yanvar şəhidlərindən İlham və Fərizə Allahverdiyevlər ailəsinin bir üzvü koronavirusun qurbanı olub.
Fərizənin bacısı Elza xanım ( iş yoldaşları ona Toma deyirdi) ötən gecə koronavirusdan vəfat edib.
65 yaşlı tibb bacısı, 2 saylı Əfəndiyev adına şəhər klinikasında koronaviruslu xəstələrlə çalışırdı.Peşə borcunu yerinə yetirərkən virusa yoluxan qadının vəziyyəti ağırlaşdığından reanimasiyaya yerləşdirilmişdi.
Qeyd edək ki, Elza Fərizənin böyük bacısı idi. O, son 3 ildə ard-arda ata və anasını da itirmişdi. (medicina.az)
Ölkə
20 Yanvar şəhidi Fərizənin bacısı koronavirusdan vəfat etdi – Tibb bacısı imiş…
By DEFAKTOAvq 07, 2020, 11:18 səhər
810
Previous Postİranda haqqında deyirlər: "Professor İsmayılovu Rusiyadan bizə Allah göndərib..."
Next PostABŞ-ın İran təmsilçisi istefa verdi