Demokratlar partiyasından ABŞ prezidentliyinə namizəd Co Bayden Çin ilə ticarət sazişinin çökdüyünü açıqlayıb.
Bu barədə “Reuters” xəbər verir.
“Trampın (ABŞ prezidenti Donald Tramp – Red) ticarət sazişi ilə bağlı əldə etdiyi razılaşmanın ilk mərhələsi uğursuzluqla nəticələnir, iflasa uğrayır”-deyə, o bildirib.
ABŞ Ticarət Nazirliyinin məlumatına görə, bu ilin iyun ayında ABŞ və Çin arasındakı ticarət kəsiri may ayına görə 5 faiz artıb.
Bundan əlavə, ABŞ Ticarət Departamentinin məlumatları Pekinin Amerika mallarını almaq öhdəliyini yerinə yetirmədiyini göstərir.
Previous PostBeyrutda yükü partlayan gəminin kapitanı: “Sənəddə gübrə daşındığı yazılmışdı”
Next PostAvropa Liqası: Türkiyə çempionu mübarizəni dayandırdı