Qırğızıstan Prezidenti Azərbaycana yeni səfir təyin etdi | DEFAKTO.AZ Qırğızıstan Prezidenti Azərbaycana yeni səfir təyin etdi – DEFAKTO.AZ

Qırğızıstan Prezidenti Azərbaycana yeni səfir təyin etdi

46

Qırğızıstan Prezidenti Sadır Japarovun Fərmanı ilə Kayrat Osmanaliyev bu ölkənin Azərbaycandakı səfiri təyin edilib.

“Defakto.az” xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb. 

Kayrat Osmanaliyev 2016-cı ildən Qırğızıstanda Seçkilər və Referendumlar üzrə Mərkəzi Komissiyanın üzvü olub.

Bundan başqa o, Qırğızıstan Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının prorektoru işləyib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir