“MDB-nin bizim üçün o qədər də böyük əhəmiyyəti yoxdur, çünki…” | DEFAKTO.AZ “MDB-nin bizim üçün o qədər də böyük əhəmiyyəti yoxdur, çünki…” – DEFAKTO.AZ

“MDB-nin bizim üçün o qədər də böyük əhəmiyyəti yoxdur, çünki…”

299

Fikrət Sadıqov: “Ukrayna və Gürcüstan bu qurumdan çıxarsa, bu, MDB-nin gələcəyi baxımından heç bir məna kəsb etməyəcək”

Ukrayna MDB ölkələrinin sərhəd qoşunlarının elmi-tədqiqat fəaliyyəti üzrə əməkdaşlığı haqda sazişdən çıxmaqla bağlı qərar qəbul edib.  MDB ilə imzalanan digər sazişlərin də Ukrayna tərəfindən təftiş edildiyi bildirilir.

Maraqlıdır, Ukraynanın MDB-dən çıxması reallaşarsa, bu, digər dövlətlərin də bu qurumdan çıxması üçün psixoloji zəmin yarada bilərmi? Belə bir addımın atılması MDB-nin aqibəti baxımından nə ilə nəticələnə bilər?

Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov hər hansı bir dövlətin bu qurumdan çıxmasının MDB-nin gələcəyinə təsir göstərməyəcəyini vurğuladı:

“90-cı illərin əvvəlində Rusiya və Ukrayna rəhbərləri hesab edirdi ki, belə bir qurumun yaranması SSRİ-nin dağılmasının nəticələrini yumşalda bilər. 

MDB müxtəlif dövlətlərin birliyidir. Amma bu, heç də o demək deyil ki, hər hansı bir dövlət MDB-də təmsil olunduğu üçün dünya siyasətində öz maraqlarına zidd addım atacaq. Burada heç bir məcburiyyət yoxdur. Bu qurumun əsas üstünlüyü budur ki, burada təmsil olunan ölkələr arasında viza rejimi yoxdur. Bu, müsbət bir haldır. Mən başqa üstünlükləri görmürəm.

Ukraynanın MDB-dən çıxması təbii bir prosesdir. Ukrayna Avropa ittifaqına üz tutub. Gürcüstan da NATO və Avropa İttifaqına daxil olmağa cəhd edir. Bizim üçün də MDB o qədər də böyük əhəmiyyət daşımır. Buna görə də bu ölkələrin MDB-dən çıxması və ya bu qurumda qalması MDB-nin gələcəyi üçün heç bir məna daşımır”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir