Avro-2020-də bir gündə 4 oyun | DEFAKTO.AZ Avro-2020-də bir gündə 4 oyun – DEFAKTO.AZ

Avro-2020-də bir gündə 4 oyun

60

AÇ-2020-də qrup mərhələsinin oyunları keçirilir.

“Defakto.az” xəbər verir ki, bu gün daha dörd qarşılaşma baş tutacaq.

Əvvəlcə C qrupunda mübarizəyə yekun vurulacaq. Niderland millisi Şimali Makedoniya ilə münasibətlərinə aydınlıq gətirəcək. Ukrayna yığması isə Avstriya ilə qarşılaşacaq. Niderlandlılar qrupdan çıxmağı təmin ediblər. Eyni xala malik Ukrayna və Avstriya yığmalarının görüşü isə daha böyük maraqla gözlənilir.

Daha sonra B qrupu çərçivəsində Rusiya – Danimarka və Finlandiya – Belçika görüşləri keçiriləcək. Bu qrupda da Belçika qrupdan çıxmağı təmin edib. 

AÇ-2020

21 iyun

C qrupu

20:00. Şimali Makedoniya – Niderland

Baş hakim: İstvan Kovaç (Rumıniya).

Amsterdam. Yohan Kroyf Arena.

20:00. Ukrayna – Avstriya

Baş hakim: Cüneyt Çakır (Türkiyə).

Buxarest. Milli Arena.

Niderland – 6, Ukrayna – 3, Avstriya – 3, Şimali Makedoniya – 0 .

B qrupu

23:00. Rusiya – Danimarka

Baş hakim: Klemen Turpen (Fransa).

Kopenhagen. “Parken” stadionu.

23:00. Finlandiya – Belçika

Baş hakim: Feliks Brıx (Almaniya).

Sankt-Peterburq. Yeni Zenit stadionu.

Belçika – 6, Rusiya – 3, Finlandiya – 3, Danimarka – 0.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir