Tokio-2020: Paralimpiyaçılarımızdan 19-cu lisenziya | DEFAKTO.AZ Tokio-2020: Paralimpiyaçılarımızdan 19-cu lisenziya – DEFAKTO.AZ

Tokio-2020: Paralimpiyaçılarımızdan 19-cu lisenziya

13

Milli Paralimpiya Komitəsinin (MPK) pauerliftinqçisi Pərvin Məmmədov Tokio-2020 Yay Paralimpiya Oyunlarına vəsiqə qazanıb.

MPK-nın mətbuat xidmətindən verilən məlumata görə, 49 kq çəki dərəcəsində çxış edən idmançı bu uğura Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Dünya Kubokunda nail olub.

O, 157 kq nəticə göstərərək yarışı 4-cü yerdə bitirib. Həm Dünya Kubokunda, həm də reytinq xalları qazandıran öncəki yarışlarda yüksək nəticə əldə edən Məmmədov “Tokio-2020″də Azərbaycanı təmsil edəcək.

Qeyd edək ki, bu, Milli Paralimpiya Komitəsinin idmançılarının 19-cu lisenziyası olub. Onlardan 8-i atletika, 4-ü parataekvando, 3-ü üzgüçülük, 2-si güllə atıcılığı və 2-si pauerliftinq növündəndir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir