Rusiyadan Türkiyəyə uçuşlar bərpa edildi | DEFAKTO.AZ Rusiyadan Türkiyəyə uçuşlar bərpa edildi – DEFAKTO.AZ

Rusiyadan Türkiyəyə uçuşlar bərpa edildi

52

Rusiya ilə Türkiyə arasındakı uçuşlar yenidən başlayır.
 
Defakto.az Rusiya KİV-ə istinadən xəbər verir ki, hava nəqliyyatı ilə səfərlərin iyunun 22-dən bərpası nəzərdə tutulub.
 
“Türkiyədə olan mütəxəsssis heyətinin gəldiyi qənaətə əsasən, uçuşların iyunun 22-dən etibarən bərpası qərara alındı”, – Rusiya Baş nazirinin müavini Tatyana Qolikova bildirib.
 
T.Qolikova əlavə edib ki, Türkiyədə xidmət sektorundakı bütün işləyənlərin vaksinasiyadan keçirilməsi üçün kampaniya başladılıb:
 
“Hotel işçiləri arasında vaksinasiya faizi 60-90 arasındadır”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir