Oğuzda imkansız ailələrə və Xocalı sakinlərinə qurban payları paylandı | DEFAKTO.AZ Oğuzda imkansız ailələrə və Xocalı sakinlərinə qurban payları paylandı – DEFAKTO.AZ

Oğuzda imkansız ailələrə və Xocalı sakinlərinə qurban payları paylandı

288

Bu günlərdə İslam  dünyasının ən müqəddəs bayramlarından biri – xeyirxahlığın, insanpərvərliyin, bərabərliyin rəmzi olan Qurban bayramı ölkəmizdə dövlət səviyyəsində qeyd edilir. Qurban yaxınlaş
maq, yardımlaşmaq, əzizlərinə dəyər vermək, mərhəmət bayramıdır.
Bu məqsədlə də 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən deputat Aqiyə Naxçıvanlı bayram günlərində öz seçicilərini unutmamışdır. O, Qurban bayramı münasibətilə seçicilərinə ünvanladığı təbrikdə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən xalqımızın Milli mənəvi dəyərlərlərinə olan diqqət və qayğını, ölkədə həyata keçirilən sosial siyasətin əhalinin sosial müdafiəsinə, xüsusilə də aztəminatlı ailələrin, şəhid
və məcburi köçkün ailələrinin həyat səviyyəsinin yüksəldilməsinə geniş imkanlar yaratdığını diqqətə çatdırıb və qeyd edib ki, Qurban bayramı İslam aləminin ən möhtəşəm və müqəddəs bayramıdır, dərin tarixə malik olan bu bayram özü ilə hamıya saflıq, təmizlik gətirir.
Pandemiya ilə əlaqədar ölkəmizdə tətbiq edilən karantin rejiminin bütün qaydalarına riayət edilməklə Aqiyə Naxçıvanlı tərəfindən qurbanlar kəsdirilmiş, 70-ə yaxın imkansız ailəyə qurban payları göndərilmişdir. Həmçinin seçiciləri olmasa belə Oğuz rayonu ərazisində məskunlaşmış Xocalı ailələrinin qayğılarını hər zaman diqqətində saxlayan Aqiyə Naxçıvanlı onların da evlərinə bayram sovqatları göndərmiş, dualarını və bayram təbriklərini çatdırmışdır.
Bu diqqət və qayğını yüksək qiymətləndirən seçicilər hörmətli deputatlarına öz minnətdarlıqlarını bildirmiş, həm ciddi karantin rejimi günlərində, həm də bayram günlərində onları unutmadığı üçün təşəkkürlərini ünvanlamışlar.

AİA.Az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir