ABŞ Rusiyaya nota verdi | DEFAKTO.AZ ABŞ Rusiyaya nota verdi – DEFAKTO.AZ

ABŞ Rusiyaya nota verdi

17

ABŞ səfirliyi Rusiyada həbsdə olan ABŞ vətəndaşı Trevor Ridin sərbəst buraxılmamasına görə Rusiya XİN-ə etiraz notası göndərib.

“Defakto.az” xəbər verir ki, bu barədə ABŞ-ın Rusiyadakı səfirliyinin saytında bildirilib.

ABŞ-ın Moskvadakı səfirliyinin müvəqqəti işlər üzrə vəkili Bartle Gormanın verdiyi məlumata görə, ABŞ vətəndaşına 16 gündür konsulluq xidmətlərinin göstərilməsi üçün buraxılmaması ilə əlaqədar olaraq müvafiq nota 10 iyun tarixində Rusiya Xarici İşlər Nazirliyinə göndərilib.

Mayın 25-də Ridə koronavirus diaqnozu qoyulduğu qeyd olunur. Bundan sonra onun ailəsi və səfirliyin işçiləri ilə telefon əlaqəsi saxlamasına icazə verilməyib. Bundan əlavə, səfirliyin məlumatına görə, onlar Ridin səhhəti barədə iki həftədən çoxdur ki, məlumat ala bilməyiblər.

“Vətəndaşımızın sağlamlıq vəziyyəti ilə bağlı davamlı müraciətlərimiz nəzərə alınmır, bu da ikitərəfli Konsulluq Konvensiyasını və beynəlxalq Konsulluq əlaqələri haqqında Vyana Konvensiyasını açıq şəkildə pozur”,- deyə Qorman qeyd edib.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl MakFol Rusiya Prezidenti Vladimir Putini 16 iyunda Cenevrədə amerikalı həmkarı Co Baydenlə görüşdən əvvəl Rusiyada mühakimə olunan ABŞ vətəndaşları – Trevor Rid və Pol Uilanı sərbəst buraxmağa çağırmışdı.

Xatırladaq ki, Trevor Rid Rusiyada polis əməkdaşlarına qarşı şiddət tətbiq etdiyi üçün 2020-ci ilin iyul ayında ümumi rejimli koloniyada 9 il həbs cəzasına məhkum edilib.

İstintaqın məlumatına görə, müvəqqəti olaraq Moskvada yaşayan ABŞ vətəndaşı küçədə iki qadınla mübahisə etdikən sonra hadisə yerinə polis əməkdaşları gəlib. Daha sonra polis məntəqəsinə aparılan Trevor Rid yolda polis əməkdaşlarına və sürücüyə qarşı güc tətbiq etməyə cəhd edərək qəza vəziyyəti yaradıb. Bundan sonra onun barəsində cinayət işi başladılıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir