Ərdoğanla Makron Qarabağı müzakirə edəcək | DEFAKTO.AZ Ərdoğanla Makron Qarabağı müzakirə edəcək – DEFAKTO.AZ

Ərdoğanla Makron Qarabağı müzakirə edəcək

69

Fransa Prezidenti Emmanuel Makron bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla fikir ayrılıqları olsa da, danışmalıdırlar.

“Defakto.az” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, dövlət başçısı Yelisey Sarayında keçirdiyi brifinqdə vurğulayıb ki, NATO Zirvəsi çərçivəsində Ərdoğanla görüşmək istəyir:

“Bu, yaxşı bir şeydir. Bir-birimizi görməyə ehtiyacımız var. Fikir ayrılıqlarına rəğmən bir-birimizlə danışmağa davam etməliyik”.

O əlavə edib ki, Ərdoğanla NATO, Suriya, Liviya, Dağlıq Qarabağ və Fransanın “radikal islamçılıq” mübarizəsini müzakirə edəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir