Suriyada partlayış zamanı Rusiya hərbçisi öldü – Yaralılar var | DEFAKTO.AZ Suriyada partlayış zamanı Rusiya hərbçisi öldü – Yaralılar var – DEFAKTO.AZ

Suriyada partlayış zamanı Rusiya hərbçisi öldü – Yaralılar var

47

Suriyanın şimalında yerləşən Haseke vilayətində Rusiya hərbi polisi yoxlamalar aparan zaman naməlum partlayıcı qurğu vasitəsilə  zirehli avtomobil partladılıb.

“Defakto.az” Rusiya mediasına istinadən xəbər verir ki, nəticədə 1 hərbçi ölüb, 3-ü yaralanıb. Yaralılar müalicə müəssisəsinə yerləşdiriliblər və onlara ilkin tibbi yardım göstərilib. Həyatları üçün təhlükə olmadığı bildirilir.

Rusiya Müdafiə Nazirliyi ölən hərbçinin ailəsinə lazım olan bütün dəstək və köməyin göstəriləcəyini bəyan edib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir