Atatürk hava limanında qorxulu anlar – Foto | DEFAKTO.AZ Atatürk hava limanında qorxulu anlar – Foto – DEFAKTO.AZ

Atatürk hava limanında qorxulu anlar – Foto

8

Atatürk Hava Limanında Türk Hava Yollarına məxsus təyyarələrin texniki servisi anqarında bir oksigen balonu partlayıb.

“Defakto.az” xəbər verir ki, bu barədə THY-nin mətbuat katibi Yahya Üstün açıqlama verib.

Məlumata görə, oksigen balonu səhər saat 11:00 radələrində Atatürk Hava Limanında THY-nin təyyarə baxım anqarında partlayıb.

 Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım cəlb olunub.

İnsident nəticəsində heç kimin xəsarət almadığı və anqardakı təyyarələrin zərər görmədiyi bildirilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir