Ukrayna parlamentinin deputatı Azərbaycana təşəkkür edib | DEFAKTO.AZ Ukrayna parlamentinin deputatı Azərbaycana təşəkkür edib – DEFAKTO.AZ

Ukrayna parlamentinin deputatı Azərbaycana təşəkkür edib

7


Ukrayna Ali Radasının deputatı Dmitro Bilotserkovets Azərbaycana 2023-cü ildə humanitar köməyi davam etdirdiyi üçün təşəkkür edib.

“DEFAKTO.az”un Şərqi Avropa bürosunun məlumatına görə, deputat bildirib ki, bu, Ukrayna üçün çox önəmlidir.

“Hər şeydən əvvəl Azərbaycan dövlətini və xalqını salamlayıram. Ukraynaya göstərdiyiniz dəstəyə görə ölkənizə təşəkkür etmək istəyirəm. Biz bunu hər zaman hiss etmişik. Bütün bunlara görə Azərbaycana minnətdarıq”, – deyə Dmitro Bilotserkovets əlavə edib.