Seçki bülletenlərinin sayı açıqlanıb | DEFAKTO.AZ Seçki bülletenlərinin sayı açıqlanıb – DEFAKTO.AZ

Seçki bülletenlərinin sayı açıqlanıb

8


Növbədənkənar prezident seçkisi ilə əlaqədar çap olunacaq seçki bülletenlərin sayı açıqlanıb. 

DEFAKTO.az xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qeyd edilib. 

Bildirilib ki, 2024-cü il növbədənkənar prezident seçkisi ilə əlaqədar 6 milyon 524 min 203 seçki bülleteni çap ediləcək. 

Komissiyanın sədr müavini Rövzət Qasımovun sözlərinə görə, seçki bülletenlərində namizədlərin soyadı, adı, atasının adı əlifba sırası ilə göstəriləcək.

Aysel Aslan