Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları iyulun 23-də Poltavada polis əməkdaşını girov götürmüş cinayətkarı zərərsizləşdirib.
Bu barədə Ukrayna Milli Polisi məlumat yayıb.
“Qanun pozucusunun saxlanılması üçün polis xüsusi əməliyyat keçirib. Onun fəaliyyəti polisin həyatına təhlükə yaratdığı əsas götürülərək, snayper tərəfindən zərərsizləşdirilib”, – polisdən bildirilib.