Trampın gəlirləri açıqlandı | DEFAKTO.AZ Trampın gəlirləri açıqlandı – DEFAKTO.AZ

Trampın gəlirləri açıqlandı

268

ABŞ prezidenti Donald Trampın 2019-cu il üzrə maliyyə hesabatı açıqlanıb.
Donald Tramp 2019-ci ildə ən azı 446 milyon ABŞ dolları gəlir əldə edib.
78 səhifəlik sənədə görə, keçən il dövlət başçısı Floridadakı “Mar-a-Lago” kurortundan 21, 4 milyon ABŞ dolları qazanıb. 2018-ci il üçün bəyannamədə bu kompleksdən gəlir daha yüksək idi – demək olar ki, 22,7 milyon ABŞ dolları.
Vaşinqtondakı oteldən qazanc 2018-ci illə müqayisədə 300 min azalaraq 40,5 milyon ABŞ dolları təşkil edib.
Öz növbəsində, “Trump National Doral Mayami” kurortu 2019-cu ildə Trampa 77,2 milyon ABŞ dolları – əvvəlki ilə nisbətən 1,3 milyon ABŞ dolları çox gəlir gətirib.
Tramp ötən il Nyu-Cersi ştatının Bedminster şəhərindəki qolf klubundan 17,7 milyon ABŞ dolları qazanıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir