Ermənilər Rusiyanı əvvəlki kimi dost ölkə hesab etmirlər – Azərbaycana nifrət faizi azalıb, Türkiyəyə artıb | DEFAKTO.AZ Ermənilər Rusiyanı əvvəlki kimi dost ölkə hesab etmirlər – Azərbaycana nifrət faizi azalıb, Türkiyəyə artıb – DEFAKTO.AZ

Ermənilər Rusiyanı əvvəlki kimi dost ölkə hesab etmirlər – Azərbaycana nifrət faizi azalıb, Türkiyəyə artıb

349

Qafqaz Tədqiqatlar Resurs Mərkəzinin apardığı “Qafqaz Barometri – 2019” tədqiqatına görə, Ermənistanda  Rusiyaya dost ölkə kimi baxanların faizi azalıb.
Sorğu 21 fevral-15 mart 2020-ci il tarixdə 1491 yetkin respondent arasında keçirilib, onların 31% -i İrəvanda, 33% -i digər şəhərlərdə, 36% -i isə kəndlərdə yaşayır. Eyni zamanda, respondentlərin 55% -i kişilər, təxminən üçdə biri – 35% orta təhsili olan respondentlərdir və təxminən 52% -i işləyir.
“Ermənistan əhalisinin təxminən 57% -i Rusiyanı bir nömrəli dost ölkə adlandırıb. Lakin, yüksək göstəriciyə baxmayaraq, son illərdə etimad səviyyəsi azalıb, çünki 2017-ci ildə  respondentlərin 63% -i, 2015-ci ildə – 75%, 2013-cü ildə – 83%  Rusiyanı ən birinci dost ölkə olaraq göstərirdilər. Beş ilə 26% ciddi rəqəmdir.
Ən populyar ikinci cavab “heç bir ölkə ” olub və respondentlərin 17% -i belə düşünür.
Üçüncü yerdə respondentlərin 12% -i tərəfindən Ermənistana dost adlandırılan Fransa var və 4 il əvvəl respondentlərin yalnız 4% -i bu ölkəni dost bilirdi.
Bununla yanaşı, ən çox düşmən ölkələr siyahısında Azərbaycan (75%)  liderlik edir. 2015 və 2017-ci illərdə də bu ölkə düşmən hesab olunurdu, lakin bir qədər çox – əhalinin təxminən 76%. Türkiyə düşmən ölkələrin siyahısında ikinci (respondentlərin 22%) yeri tutur. Ermənistan vətəndaşlarının Türkiyəyə düşmənçilik səviyyəsi artıb.  2015-2017-ci illərdə respondentlərin 18% -i bunu düşmən hesab edirdi. Nifrət 4% artıb.
Tədqiqat 2004-cü ildən bəri üç ölkədə – Ermənistan, Gürcüstan və Azərbaycanda aparılır və əsas siyasi, iqtisadi və sosial meylləri təqdim etmək məqsədi daşıyır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir