Deputat hərbiçinin övladına belə dəstək oldu-FOTO | DEFAKTO.AZ Deputat hərbiçinin övladına belə dəstək oldu-FOTO – DEFAKTO.AZ

Deputat hərbiçinin övladına belə dəstək oldu-FOTO

259

Ana Vətən Partiyasının sədri, Millət vəkili Fəzail Ağamalı seçicilərinin problemlərinin həlli istiqamətində addımlarını davam etdirir.

Partiyanın Humanitar və Kommunikasiya məsələləri üzrə müşaviri, “Buta” xüsusi qayğıya ehtiyacı olan uşaqlara və yeniyetmələrə dəstək İctimai Birliyinin sədri Günay Ağamalının Kanal32.az-a verdiyi məlumata görə,bir neçə ay öncə Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalıya Salyan rayon Çuxanlı kənd sakini hərbçi Zahidov Xəyyam Elşad oğlu övladı Zahidov Ömərin nitqindəki ləngimə ilə bağlı müraciət edib.

Cənab Sədr Ömərə necə kömək edə biləcəyimiz barədə mənimlə məsləhətləşmələr apardı. Mən dərhal uzun illərdən bəri tanıdığım və yüksək peşəkarlığına böyük sayqı bəslədiyim Narınc Psixologiya Mərkəzinin rəhbəri Narınc xanımla əlaqə saxladım. Zahidov Ömərin nitqində ləngimə olduğunu və onun xüsusi loqopedik məşğələlərdən keçməli olduğunu müzakirə etdik. Narınc xanım məsələyə həsasslıqla yanaşdı, Ömərin məşğələlərinə 40 % endirim tətbiq olundu. Milli Məclisinin deputatı Fəzail Ağamalının köməkçisi Xidmət Orucov mərkəzdə Ömərin məşğələləri ilə yaxından tanış oldu. Şükürlər olsun Ömərin danışığında artıq irəliləyişlər hiss olunmaqdadır və bu irəliləyiş bizləri çox sevindirir. Bu işdə zəhməti olan Narınc Psixologiya Mərkəzinin əməkdaşlarına təşəkkürümüzü bildiririk.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir