Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti MEİS strukturundan çıxarıldı | DEFAKTO.AZ Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti MEİS strukturundan çıxarıldı – DEFAKTO.AZ

Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti MEİS strukturundan çıxarıldı

34


Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) strukturundan çıxarılıb.

President.az-ın xəbərinə görə, bu barədə Prezident İlham Əliyevin Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi ilə bağlı dekabrın 13-də imzaladığı Fərmanda qeyd olunub.

Sənədlə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 634; 2020, № 4, maddə 417; 2021, № 5, maddə 445, № 6 (I kitab), maddə 566, № 8, maddə 919, № 10, maddə 1114, № 12, maddə 1406; 2022, № 5, maddə 462, № 7, maddə 761, № 8, maddə 848; 2023, № 3, maddə 347, № 7, maddələr 936, 950) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilir:

“2.8-ci və 2.9-cu bəndlərdən “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti,” sözləri çıxarılsın.

2.10-cu bənddə birinci halda “və” sözü vergül işarəsi ilə əvəz olunsun və həmin bəndə “Təhlükəsizliyi Xidməti” sözlərindən sonra “və Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti” sözləri əlavə edilsin”.