Qasımov qardaşları  sanki genetik olaraq  insanların  qanını sormağı özlərinə vəzifə borcu bilirlər | DEFAKTO.AZ Qasımov qardaşları  sanki genetik olaraq  insanların  qanını sormağı özlərinə vəzifə borcu bilirlər – DEFAKTO.AZ

Qasımov qardaşları  sanki genetik olaraq  insanların  qanını sormağı özlərinə vəzifə borcu bilirlər

335

Beləki, cinayət əməllərinə baxmayaraq vəzifədən-vəzifəyə keçən Vüqar Qasımov haqqında cinayyət işi açılıb.

           Vüqar Qasımov bir neçə il bundan əvvəl Penitensiar Xidmətin 7 saylı cəzaçəkmə müəsissəsində əməliyyat-rejim şöbəsinə rəhbərlik edib. Sonra naməlum səbəblərə görə həmin xidmətdən uzaqlaşaraq, İcra və probabsiya strukturunda müxtəlif vəzifələrdə çalışıb.

          Dələduzluqda ittiham olunan V.Qasımov bir neçə müddətdir ki, mətbuatın gündəmindən düşmür. Maraqlıdır ki,  saxta sənədlərlə torpaq sahəsi sataraq milyonları mənimsəyən bu adam, hələ də hası yolla  vəzifədə qalır? Bu barədə Ədliyyə Nazirliyinin məlumatı yoxdur ?

Defakto.az xəbər verir ki, Ədliyyə Nazirliyi Xətai rayon İcra və probasiya şöbəsinin rəisi vəzifəsində çalışdıgı zaman V.Qasımov və digər iki şəxs, Əlizadə Coşğun, Rəhimov Qoşunla əlbir olaraq Binəqədi rayonu 9-cu mikrorayonu Cavadxan küçəsində, dəyəri dörd milyon yarımlıq olan torpaq sahəsini saxta sənədlə, Şərurlu İsfəndiyar kimi tanınan iş adamı İsfəndiyar Axundova satıblar.

 Qeyd edək ki,  Dələdüzluq əməli ilə bağlı Binəqədi rayon  prokrorluğunda cinayət işi acilan Qasımov Vüqar Adil oğlu Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmət Baş İdarəsində Məhkumların əməyinin təşkili şöbəsinin rəisi vəzifəsinə 3 ay öncə təyin edilib və bu təyinatı mətbuatdan gizli saxlayıblar hətda bu barədə Penitensiar xidmət heç bir də məlumat verməyib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir