Qobustanda avtoqəzada hindistanlıların ölümündə günahlandırılan şəxslə bağlı QƏRAR | DEFAKTO.AZ Qobustanda avtoqəzada hindistanlıların ölümündə günahlandırılan şəxslə bağlı QƏRAR – DEFAKTO.AZ

Qobustanda avtoqəzada hindistanlıların ölümündə günahlandırılan şəxslə bağlı QƏRAR

4


Bakı Apellyasiya Məhkəməsində yol-nəqliyyat Hindistan vətəndaşlarının ölümünə səbəb olmaqda təqsirləndirilən Həsənağa Həsənovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az xəbər verir ki, hakim Ramin Qaraqurbanlının sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Qeyd edək ki, hadisə ötən il iyulun 23-də saat 11 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, qəsəbə sakini H.Həsənov idarə etdiyi “Mitsubishi” markalı avtomobili aşırıb. Nəticədə sərnişinlərdən Hindistan vətəndaşları – Pervin Şroff və Malhotra Neena hadisə yerində ölüb, sürücü və digər sərnişin isə xəstəxanaya yerləşdiriliblər.

Hadisədən sonra H.Həsənov cinayət məsuliyyətinə cəlb edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, üç il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə qeyd edilib ki, təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.