Uill Smitin şilləsi ailəsini xilas edib | DEFAKTO.AZ Uill Smitin şilləsi ailəsini xilas edib – DEFAKTO.AZ

Uill Smitin şilləsi ailəsini xilas edib

4


“Oskar 2022” mükafatlandırma mərasimində Uill Smitin həyat yoldaşı haqqında zarafat etdiyinə görə aparıcı Kris Roka sərt şillə vurmasını yəqin ki, çoxları xatırlayırlar.

Bundan sonra sənətçi bir neçə dəfə ictimaiyyət qarşısında üzr istəsə də, o, 10 il ərzində mərasimlərdən uzaqlaşdırılıb.

Uill Smitin həyat yoldaşı Jada Pinket Smit etiraf edib ki, bu hadisə onların evliliyini sözün əsl mənasında xilas edib. Məsələ burasındadır ki, cütlük uzun illər çox çətin münasibətdə olub və elə həmin şillə xanıma aktyorun onu həqiqətən nə qədər sevdiyini göstərib.

“Kim bilir, bu baş verməsəydi, münasibətlərimiz necə olardı?”, – deyə qadın bildirib.

Jada və Uillin evliliyi 26 ildir davam edir. Cütlük 1997-ci ildə evlənib. Ailənin üç övladı var.

Mənbə: championat.com