Avropa paytaxtlarında antisemitizm əleyhinə nümayişlər keçirilib – FOTO/VİDEO | DEFAKTO.AZ Avropa paytaxtlarında antisemitizm əleyhinə nümayişlər keçirilib – FOTO/VİDEO – DEFAKTO.AZ

Avropa paytaxtlarında antisemitizm əleyhinə nümayişlər keçirilib – FOTO/VİDEO

7


Almaniyada və Belçikada antisemitizm əleyhinə nümayişlər keçirilib.

Bununla bağlı kütləvi informasiya vasitələrində məlumat yayılıb.

“Yəhudilərdən əl çək”, “Antisemitizmə qarşı birlikdə güc” – bu kimi şüarlarla yürüş iştirakçıları Belçikadakı üç böyük yəhudi təşkilatının çağırışına cavab olaraq Brüsselin mərkəzindən keçiblər.

Yerli medianın məlumatına görə, yürüşə qatılanlar arasında rejissorlar Dardenne qardaşları və çox sayda kitabları satılan müəllif Ameli Notomb da var.

Krallığın səlahiyyətliləri bildiriblər ki, yəhudilərə qarşı nifrət zəminində ayrı-seçkilik hallarının sayı keçən illə müqayisədə 10 dəfə artıb.

Berlində isə üç mindən çox nümayişçi yəhudi icması ilə həmrəylik ifadə etmək üçün küçələrə axışıb. Etirazçılar “Bir daha heç vaxt – elə indi” yazısı olan transparantlar açıblar.

Yürüşü kansler Olaf Şolz, Almaniya paytaxtının meri və İsrailin Almaniyadakı səfiri dəstəkləyib. Əsas səhnə protestantların, katoliklərin, müsəlmanların və yəhudilərin ümumi duasının keçirildiyi Tirqarten parkında qurulub.

Məlumata görə, Fələstin tərəfdarı olan fəalların nümayişi də həmin ərazidə baş tutub. Polisin məlumatına görə, bu nümayişlərdə 500-ə yaxın adam iştirak edib.

Mənbə: euronews.com