Orban Zelenski ilə Ukraynanın Aİ-yə qəbulu məsələsini müzakirə edib – FOTO/VİDEO | DEFAKTO.AZ Orban Zelenski ilə Ukraynanın Aİ-yə qəbulu məsələsini müzakirə edib – FOTO/VİDEO – DEFAKTO.AZ

Orban Zelenski ilə Ukraynanın Aİ-yə qəbulu məsələsini müzakirə edib – FOTO/VİDEO

10


Macarıstanın baş naziri Viktor Orban Buenos-Ayresdə Ukrayna prezidenti Volodimir Zelenski ilə qısa görüş keçirib.

Bu barədə Macarıstan hökumətinin başçısının mətbuat katibi Bertalan Havaşi məlumat verib.

Onun sözlərinə görə, Macarıstanın baş naziri ilə Ukrayna lideri Argentina prezidenti Xavyer Maylinin andiçmə mərasimində görüşüblər.

Havaşi qeyd edib ki, Ukraynanın Avropa İttifaqına mümkün qəbulu barədə danışan Orban Aİ-yə üzv ölkələrin bu məsələni daim müzakirə etdiyini bildirib.

Mənbə: gazeta.ru