Avtomobil təkərləri bazarında durğunluq yaşanır – VİDEO | DEFAKTO.AZ Avtomobil təkərləri bazarında durğunluq yaşanır – VİDEO – DEFAKTO.AZ

Avtomobil təkərləri bazarında durğunluq yaşanır – VİDEO

10


Qış yaxınlaşması, avtomobillərin təkərlərinin dəyişməyini zəruri etsə də, yerli bazarda durğunluq müşahidə olunur.

Xezerxeber.az-ın məlumatına görə, satıcılar bildiriblər ki, istehsal edildiyi ölkə və keyfiyyətinə görə təkərlərin qiymətləri müxtəlifdir:

“Hər bir müştəri cibinə uyğun təzə təkəri rahatlıqla bazarda tapa bilər”.

Satıcılar qeyd ediblər ki, Azərbaycanda qış o qədər də sərt keçmədiyindən sürücülər bu fəslin təkərlərinə elə də maraq göstərmirlər. Yəni dörd fəsil təkərə üstünlük verirlər.

Hazırda bazardakı ən ucuz təkərlər Çində, ən bahalıları isə Avropada istehsal edilənlərdir.

Satıcılar qışa doğru qiymətlərin artacağını istisna etmirlər.

Ətraflı süjetdə: