Xaçmazda yük avtomobili 74 yaşlı velosipedçini vuraraq öldürüb | DEFAKTO.AZ Xaçmazda yük avtomobili 74 yaşlı velosipedçini vuraraq öldürüb – DEFAKTO.AZ

Xaçmazda yük avtomobili 74 yaşlı velosipedçini vuraraq öldürüb

13


Xaçmazda avtomobil velosipedçini vuraraq öldürüb.

“DEFAKTO.az”un məlumatına görə, hadisə Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun rayonun Cinartala kəndindən keçən hissəsində baş verib.

Belə ki, “KamAZ” markalı yük avtomobili velosipedçi, 1949-cu il təvəllüdlü Sədyar Qaraxan oğlu Mirzəyevi vuraraq öldürüb.

Hadisə ilə bağlı araşdırma aparılır.