Lisey və gimnaziyalara qəbul üçün yeniliklər açıqlandı | DEFAKTO.AZ Lisey və gimnaziyalara qəbul üçün yeniliklər açıqlandı – DEFAKTO.AZ

Lisey və gimnaziyalara qəbul üçün yeniliklər açıqlandı

56

“Bu il lisey və gimnaziyalara qəbul qaydalarında dəyişiklik edilib”.

Defakto.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin lisey, gimnaziya və özəl ümumi təhsil müəssisələri ilə iş sektorunun müdiri Fuad Qarayev deyib.

Sektor müdiri qeyd edib ki, şagirdlər lisey üçün yox, imtahan üçün qeydiyyatdan keçəcəklər:

“İmtahanda müvafiq bala uyğun olaraq lisey və gimnaziya seçə biləcəklər. Bu zaman şagird bir yox, bir neçə lisey və gimnaziya seçə biləcək. Onun balı hansı lisey və gimnaziyaya müvafiq olacaqsa, ora yerləşdiriləcək”.

F.Qarayev əlavə edib ki, fənlər üzrə suallar tədris müddətində keçirilən proqramdan kənar olmayacaq:

“Qəbul imtahanı 6, 7, 8 və 9-cu siniflər üzrə aparılacaq.

Lisey və gimnaziyalar üçün minimum bal müəyyən ediləcək. Bu məsələ yenidən müzakirə ediləcək. Maksimum bal məsələsinə gəlincə, ilk yaxşı nəticə göstərən 90 şagird əsas götürüləcək. Amma yenə də maksimum bal müəyyən etmək çətindir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir