Ekspert: “Ermənistan Rusiya ilə müttəfqliyini sınaqdan keçirdi” | DEFAKTO.AZ Ekspert: “Ermənistan Rusiya ilə müttəfqliyini sınaqdan keçirdi” – DEFAKTO.AZ

Ekspert: “Ermənistan Rusiya ilə müttəfqliyini sınaqdan keçirdi”

385

“Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Ermənistanla Rusiyanın münasibətləri bir qədər ziddiyyətli hala gəldi. Azərbaycanla münaqişəni kəskinləşdirməklə rəsmi Yerevan bəlkə də Rusiyanın onları həqiqətən də dəstəkləməyə hazır olub-olmadığını, yəni müttəfiqlik münasibətlərini sınaqdan keçirmək istəyib”.
Bu fikirləri Rusiya Xalqlar Dostluğu Universitetinin baş müəllimi Kamran Həsənov Moskva şəhərində keçirilən “Ermənistanla Azərbaycan arasında gərginlik: yeni mərhələ, yoxsa közərən münaqişə?” adlı konfransda dilə gətirib.
“Rusiyanın marağı aydındır: sabitlik olsun, hər iki xalqla mehriban münasibətlər olsun. Mövcud vəziyyət münaqişə tərəflərindən yalnız birinə sərf edir və belə vəziyyət qaldıqca buna bənzər qarşıdurmalar yenə də olacaq”, – ekspert qeyd edib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir