Çinin şimal-qərbində Sinxay əyalətində 7,4 bal gücündə zəlzələ qeydə alınıb.
Defakto.az xəbər verir ki, bu barədə Çinin Seysmoloji Xidməti məlumat yayıb.
Yeraltı təkanlar Qoloq-Tibet muxtar bölgəsinin Mado dairəsi yaxınlığında baş verib.
Episentr 17 kilometr dərinlikdə olub.
Dağıntılar və xəsarət alanlar barədə hələlik məlumat yoxdur.