Ötən axşam Sünik (Zəngəzur) vilayətində baş verən insident nəticəsində ümumilikdə 10 erməni hərbçi xəsarət alıb.
Defakto.az xəbər verir ki, bu barədə yerli rəhbərlik “Tert.am”a məlumat verib. Bildirilib ki, xəsarət alan erməni hərbçilər Gorusdakı xəstəxanaya yerləşdirilib. Onların xəsarətlərinin yüngül olduğu bildirilir. Hadisə barədə Ermənistanın Müdafiə Nazirliyinə məlumat verilib.
Qeyd edək ki, erməni jurnalist Ariana Hovsepyan “Facebook” hesabı vasitəsilə açıqlamasında ötən gecə azərbaycanlı hərbçilərin erməniləri döydüyünü, Gorus hərbi hissəsinin qərargah rəisinin burnunu sındırdığını açıqlamışdı.