“Özünüməşğulluq proqramı ölkədə işsizlik və yoxsulluqla mübarizədə effektli mübarizə üsuludur” | DEFAKTO.AZ “Özünüməşğulluq proqramı ölkədə işsizlik və yoxsulluqla mübarizədə effektli mübarizə üsuludur” – DEFAKTO.AZ

“Özünüməşğulluq proqramı ölkədə işsizlik və yoxsulluqla mübarizədə effektli mübarizə üsuludur”

303

Müşfiq Cəfərov: “Vətəndaşlar bu proqramdan öz rifahları üçün istifadə edib ailə bizneslərini genişləndirə bilərlər”

Bu il 12 min ailənin özünüməşğulluq proqramına cəlb edilməsi planlaşdıırlır.

Maraqlıdır, özünəməşğulluq proqramının bunca genişlənməsi ölkəmizdə işsizliyə və yoxsulluğa qarşı aparılan mübarizə baxımından nə dərəcədə əhəmiyyətlidir? Bu rəqəmin özü dövlətimizin vətəndaşlaırn sosial rifahının yüksəldilməsi, onların məşğulluq probleminin həlli istiqamətində mühüm addımlar atmasının təsdiqi sayıla bilərmi?

Millət vəkili Müşfiq Cəfərov məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:

“XXI əsrdə dövlətlərin iqtisadi iştirakçılığının azalması, müasir elm və texnologiyanın sürətli inkişafı həmçinin həyat standartlarının dəyişməsi işsizliklə mübarizədə alternativ mexanizmlərin inkişaf etdirilməsi zərurətini yaratdı. Hazırda işsizlik problemi ilə mübarizədə effektiv mexanizmlərdən biri özünüməşğulluq hesab edilir. Azərbaycanda özünüməşğulluğun inkişaf etdirilməsi üçün ilk təşəbbüslər təxminən 2000-ci ildən başlayıb. 2016-cı ildən sonra isə bu istiqamətdə birbaşa dövlətin iştirakçılığı təmin edildi. Azərbayacan əhalisinin artım tempi, iqtisadi konyuktur, inkişaf dinamikası və əmək bazarının mövcud vəziyyətini nəzərə almaqla özünüməşğulluğu dəstəkləyən mexanizmlərinin daha da inkişaf etdirilməsinin vacibliyi bir daha gündəmə gəldi. Ümumiyyətlə, resurlarla zəngin ölkələrin iqtisadiyyatında 2015-ci ildən sonra formalaşan yeni metodlar və fiskal siyasətin təkmilləşdirilməsi zərurəti məşğulluq siyasətinin yenidən hazırlanmasına səbəb oldu.

Ölkəmizdə 2016-cı ildən etibarən əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində ilk dəfə olaraq dövlət səviyyəsində özünüməşğulluq proqramının tətbiqinə başlanılıb. Proqramda bütün ölkə ərazisini əhatə etməklə aztəminatlı ailələrə hədəflənmişdi. Beləliklə, dövlət səviyyəsində özünüməşğulluq proqramı icrası dünyada ilk dəfə Azərbaycanda baş tutub .

Ümumilikdə isə Azərbaycan dövlətinin özünüməşğulluq proqramının əsas məqsədlərinə aztəminatlı ailələrinin sosial təminatının gücləndirilməsi, fiskal yükün azaldılması, dövlətdən asılılığın özünütəminetmə ilə əvəzlənməsi, gəlirlərin dayanıqlığının təmin edilməsi və sahibkarlığın inkişafı kimi hədəflər hesab edilir.

Son araşdırmalar zamanı məlum olub ki, özününməşğulluq proqramının maliyyə təminatının şaxələndirilməsinə ehtiyac var.

Proqramın əhatə dairəsi 2017-ci illə nisbətən 2018-ci ildə 6,5 dəfə genişləndirilib və 7267 nəfər özünüməşğulluğa cəlb edilib. 2019-cu ildə isə özünüməşğulluq proqramına 10 min ailə cəlb edilmişdir. Bu ilin 8 ayı ərzində artıq 4589 nəfər proqram çərçivəsində təlimlərə cəlb olunub və 3052 nəfər təlimləri bitirib. Proqrama cəlb edilənlərin 16,4 faizi Bakı və Sumqayıt şəhərlərinin, 83,6 faizi digər şəhər və rayonların payına düşür. Proqram iştirakçılarının 47 faizə qədərini sosial müdafiəyə xüsusi ehtiyacı olan həssas əhali qruplarına aid şəxslər təşkil edir. Bu ilin 8 ayında proqrama cəlb olunanlar sırasında həssas kateqoriyalardan olan şəxslər 2555 nəfərdir. Proqram vasitəsilə mal və materiallarla təmin olunan vətəndaşlar onların özünüməşğulluğunun təmin olunması, kiçik ailə bizneslərini qurmaları və gəlirlərini artırmaları üçün yaradılan şəraitdən öz rifahları üçün istifadə edib ailə bizneslərini genişləndirə bilərlər.

Vətəndaşlar yaradılan şəraitdən düzgün və səmərəli istifadə etməklə, bu gün dövlətin dəstəyi ilə yaratdıqları fərdi təsərrüfatlarını daim inkişaf etdirmək və gələcəkdə genişləndirmək imkanı əldə ediblər.

Düşünürəm ki, bu proqram ölkədə işsizlik və yoxsulluqla mübarizədə effektli mübarizə üsuludur”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir