Azərbaycanlı hakim EEVZA çempionatına təyinat alıb | DEFAKTO.AZ Azərbaycanlı hakim EEVZA çempionatına təyinat alıb – DEFAKTO.AZ

Azərbaycanlı hakim EEVZA çempionatına təyinat alıb

10


Beynəlxalq dərəcəli hakim Zaur Hacıyev Latviyanın Dauqavpils şəhərində 18 yaşadək voleybolçu qızlar arasında keçiriləcək Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatında hakimlik edəcək.

“DEFAKTO.az” xəbər verir ki, turnirdə Azərbaycan, Gürcüstan, Latviya, Ukrayna, Litva, Estoniya və Polşa yığmaları mübarizə aparacaqlar.

Bu gün startı veriləcək çempionata noyabrın 26-da yekun vurulacaq.