Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişinin yeni buraxılışı efirə gedib.
Verilişin budəfəki buraxılışında bir vaxtların məşhur “Demə boş şeydir məhəbbət” mahnısının ifaçısı, meyxanaçı Elmir Gəraybəyli qonaq olub.
O, mahnının ərsəyə gəlməsinin tarixçəsindən danışıb.
Meyxanaçının sözlərinə görə, hərbi xidmətdən qayıtdıqdan sonra sevgilisinin onu tərk etdiyini öyrənib və bu mahnını yazıb.
“Dostumun dükanı var idi, kaset satırdı. Mahnını ona verib dedim ki, kompüterdə qalsın. Səhər zəng etdi ki, hamı məndən bu mahnını istəyir”, – E.Gəraybəyli söyləyib.