Meymun rusiyalı gənci girov götürdü – FOTO | DEFAKTO.AZ Meymun rusiyalı gənci girov götürdü – FOTO – DEFAKTO.AZ

Meymun rusiyalı gənci girov götürdü – FOTO

11


Rusiyada xilasedicilər yerli sakini qeyri adi fövqəladə vəziyyətdən xilas etməli olublar. Belə ki, gənc sözün həqiqi mənasında meymun tərəfindən girov götürülüb.

Hadisə Moskvada yaşanıb.

Məlumata görə “Masya” adlı primat Moskvada adi bir mənzildə yaşayıb. Lakin bu gün sahibi evdə olmayanda meymun evdən çıxa bilib, dəhlizi dağıdıb və qonşuların mənzillərinə girişinin qarşısını kəsib.

“Masya”nın sahibinin qohumu problemi həll etməyə çalışıb. Amma meymun gənci dişləyib və çevik hərəkətlə onun boynuna çıxıb.

“Girov” isə meymunun hücumunu davam etdirəcəyindən qorxaraq, hətta tərpənməyə belə qorxub. Qonşular, nəhayət, xilasediciləri çağırıblar. Gələn Fövqəladə Hallar Nazirliyinin əməkdaşları meymunu tutub “girovu” azad edə biliblər.

Meymun qəfəsə salınıb, sahibi isə polis idarəsində ifadə verməli olub.

Mənbə “Shot” “Telegram” kanalı