Bu ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 449 mln. manat və ya 21% artaraq 2 mlrd. 558 mln. manat təşkil edib.
Nazirlikdən verilən məlumata görə, Fondun məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaları keçən ilin eyni dövrünə nisbətən 434,3 mln. manat və ya 34,2% artaraq 1 mlrd. 703 mln. manat olub.
Daxilolmalarla bağlı yarımillik proqnoz büdcə təşkilatları üzrə 110,1%, qeyri-büdcə sektoru üzrə 117,3% icra olunub.
Pensiya təyinatının şəffaflaşdırılması, əsassız pensiya işlərinin ləğvi nəticəsində illik 238 mln. manata qənaət edilib.
Son 2 ildə əhaliyə ödənişlər 1,2 milyard manat artsa da, şəffaflığın təminatı və fəaliyyətin optimallaşdırılması istiqamətində görülən tədbirlər nəticəsində Fondun gəlirlərində transfertin payı son iki ildə 38%-dən 26%-ə enib.
Bu ilin birinci yarımilində DSMF-nin fəaliyyətin optimallaşdırılması üçün aparılan islahatlar çərçivəsində fərdi uçotun və mühasibatlığın, sosial ödənişlərin mərkəzləşdirilməsi təmin edilib.
Ötən dövrdə 85 mindən çox şəxsə məmur-vətəndaş təması olmadan, heç bir sənəd təqdim edilmədən, elektron qaydada pensiya, müavinət və təqaüd təyinatı aparılıb, 324 min şəxsə isə e-arayış verilib.
Home İqtisadiyyat Əsassız pensiya işlərinin ləğvi nəticəsində illik 238 mln. manata qənaət edilib – DSMF
İqtisadiyyat
Əsassız pensiya işlərinin ləğvi nəticəsində illik 238 mln. manata qənaət edilib – DSMF
By DEFAKTOİyl 27, 2020, 17:11 axşam
290
Previous PostGENERALLARIN QƏTLİNDƏ RUSİYA İZİ... - Rail Rzayev, Ruslan Atakişiyev, Polad Həşimov...
Next PostMisirli tələbə İsmayıl Şıxlının yaradıcılığından müdafiə edəcək