Adolf Hitler Bakı planı… AVP gənci Ramil Abdinov | DEFAKTO.AZ Adolf Hitler Bakı planı… AVP gənci Ramil Abdinov – DEFAKTO.AZ

Adolf Hitler Bakı planı… AVP gənci Ramil Abdinov

157

1945-ci il mayın 8-dən 9-na keçən gecə Alman Ordusunun generalı Vilhelm Keytel danışıqsız təslim aktın imzalamışdır. Bununla Böyük Vətən Müharibəsi (1941-1945) başa çatmış, bütün Postsovet və ikinci dünya müharibəsində iştirak etmiş ölkələrdə 9 May qələbə günü kimi qeyd olundu.
Vətən Müharibısində ölkəmizin rolu:
Böyük Vətən Müharibəsində qələbənin qazanılmasında iqtisadiyyatımızın böyük əhəmiyyəti vardır. Yüngül yeyinti sənayeləri cəbhə üçün işləməyə başlamış, qısa zaman kəsiyində Bakı döyüşən ordunun ən mühüm cəbhəxanasına çevrilmışdir.
Ümummilli lider Heydər Əliyevin söylədiyi kimi “Bu qələbənin çalınmasında Azərbaycanın xüsusi rolu bir də ondan ibarətdir ki, Azərbaycan Respublikasının nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün ən mühüm amillərdən biri olmuşdur”. Məhz bu baxımdan, Almanlar Bakı və Qafqaz üçün “Edelveys” əməliyyatı planlanı qurur, əsas məqsəd isə Bakı neftini ələ keçirmək idi.
Əməliyyat 1942-ci il iyulun 23-də Adolf Hitler tərəfindən təsdiq olumuş və 1000 təyyarə, 167000 əsgər, 4540 pulemyot, 1130 tank və 15000 minə yaxın neft fəhlələri iştirak etmişdir. Qafqazın müdafiəsinin birinci dövründə alman komandanlığı xeyli miqdarda canlı qüvvə və texnika itirməsinə baxmayaraq, Bakının işğalı planından əl çəkməmişdir.
O zaman minlərlə həmvətənlilərimiz arxa və ön cəbhədə böyük şücaət göstərərək respublikada 87 qırıcı batalyonu, 1124 özünümüdafiə dəstəsi yaratmışdı. Neftçilərimizin çətinliklərə baxmayaraq, fədakarlıqla çalışıb cəbhəni yanacaqla təmin etməsi orduya çox böyük dəstək olmuşdu.
Müharibənin nəticəsi:
Tarixin ən dəhşətli müharibəsi olan İkinci Dünya Müharibəsinin sonlandırılmasının ən önəmli uğuru faşizmin ictimai-siyasi sistem olaraq yer üzündən silinməsi oldu. Bu, Almaniyanın və İtalyanın müttəfiqlərinin məğlubiyyəti nəticəsində baş vermişdi. 9 May 1945-ci ildə Almaniyanın qəti şəkildə təslim olma Aktını imzalaması bəşəriyyət tarixində ən qanlı müharibəyə son qoyuldu.
Almanların təslim olması əlbətdə ki, bizə qələbə sevincini daddırdı. Azərbaycan xalqının İkinci Dünya müharibəsində göstərdiyi qəhrəmanlıq nümunələri haqqında çox kitablar yazılmış, bədii və sənədli filmlər çəkilmiş, qəhrəmanların şərəfinə abidələr ucaldılmış, onların adları əbədiləşdirilmişdir. Sevindirici haldır ki, xalqımız yenə də o ənənəyə sadıq qalaraq bir olub, birlik olub Azərbaycan Respublikasının Prezidenti Ali Baş komandan cənab İlham Əliyevin ətrafında cəmləşərək ordumuzun əzimkarlığılə düşmən üzərində daha bir qələbəni sevinci yaşadı.
Və bundan sonra Azərbaycan xalqının artıq iki qələbə günü var. 9 May və 8 Noyabr
Qələbəmiz daima olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir