YAPONİYANIN AZƏRBAYCANDAKI SƏFİRİ CƏLİLABADDA OLMUŞDUR | DEFAKTO.AZ YAPONİYANIN AZƏRBAYCANDAKI SƏFİRİ CƏLİLABADDA OLMUŞDUR – DEFAKTO.AZ

YAPONİYANIN AZƏRBAYCANDAKI SƏFİRİ CƏLİLABADDA OLMUŞDUR

38

Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cüniçi Vada cənub bölgəsinə səfəri çərçivəsində Cəlilabadda olmuşdur. Səfir Yaponiya Hökumətinin qrant yardımı proqramı çərçivəsində rayonun Xanəgah kəndində tikilmiş yeni tibb məntəqəsinin açılış mərasimində iştirak etmişdir. Açılış mərasimində qeyd olunub ki, kənddə əhalinin rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Yeni tibb məntəqəsinin istifadəyə verilməsi də bu tədbirlərdən biridir. Səfir bu münasibətlə sakinləri təbrik edərək demişdir ki, Azərbaycanda qəbul olunan dövlət proqramları uğurla icra olunur, kəndlər abadlaşır, insanların yaşayış səviyyəsi yaxşılaşır, məskunlaşma artır. Bu tədbirlərin əsası ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə qoyulmuşdur. Hazırda bu siyasət Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Xanəgah kəndində həyata keçirilən quruculuq tədbirləri də ölkənin inkişafı sahəsində görülən işlərin nəticəsidir.
Qeyd edək ki, Xanəgah kəndi tarixdə iz qoyan yaşayış məntəqəsidir. Bu ərazidəki tarixi abidələr, türbələr çox qədim zamanlardan xəbər verir. İnzibati ərazi dairəsi 4 kənd – Xanəgah, Çəmənli, Pərdili və Türkelli yaşayış məntəqələrini əhatə edir ki, burada 3500 nəfər əhali yaşayır. Müasir tibb məntəqəsinin tikilməsi insanların rahat yaşayışının təmin olunması istiqamətində yeni addımdır, kəndlərdə səhiyyə xidmətinin səviyyəsini xeyli yaxşılaşdıracaq. Tibb məntəqəsi 3 otaqdan ibarətdir. Ərazidə genişmiqyaslı abadlıq və yaşıllaşdırma işləri aparılıb. Açılış mərasimində Cəlilabad rayon icra hakimiyyəti başçısının siyasi və humanitar məsələlər üzrə müavini Elnarə Həsənova, YAP rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı, rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin direktoru Elnur Azadxanov, kənd ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Səfir Cüniçi Vada rayon rəhbərliyi ilə görüşdə bu cür humanitar layihələrin müsbət hal olduğunu vurğulamış, həmin tədbirlərin bundan sonra da davamlı xarakter daşıyacağına əminlik ifadə etmişdir. Ona göstərilən yüksək qonaqpərvərliyə, ölkəsinin ünvanına söylənilən xoş sözlərə görə minnətdarlığını bildirərək səfərinin cənub bölgəsinin həyatı ilə daha yaxından tanış olmaq məqsədi daşıdığını diqqətə çatdırmışdır. Yaponiyalı qonaqlar rayonun səfalı guşələrinə, təbiət gözəlliklərinə valeh olduqlarını, insanların məişətindənə, tarixi-etnik xüsusiyyətlərindən məmnun qaldıqlarını vurğulamışlar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir