Xalidə Bayramova işdən çıxarıldı | DEFAKTO.AZ Xalidə Bayramova işdən çıxarıldı – DEFAKTO.AZ

Xalidə Bayramova işdən çıxarıldı

20

Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova işdən çıxarılıb.

Bu barədə İcra Hakimiyyətinin Mətbuat xidmətinin rəhbəri Anar Hüseynov məlumat verib.

O bildirib ki, X. Bayramova icra başçısı Vüqar Zeynalovun əmri ilə vəzifəsindən azad edilib.

Qeyd edək ki, Xalidə Bayramova 2007-ci ildən etibarən Səbail Rayon İcra Hakimiyyətində birinci müavin vəzifəsini icra edirdi.

Bu məqamda bildirək ki, ötən gün “Qafqazinfo”da “Xalidə Bayramova vəzifəsindən niyə azad olunmur?” başlıqlı yazı dərc olunub. Sözügedən məqalədə X. Bayramovanın vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi ilə bağlı faktlar yer alıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir