Sənubər İsgəndərli yenə TƏBİB-i tənqid etdi | DEFAKTO.AZ Sənubər İsgəndərli yenə TƏBİB-i tənqid etdi – DEFAKTO.AZ

Sənubər İsgəndərli yenə TƏBİB-i tənqid etdi

14

Əməkdar artist Sənubər İsgəndərli bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirəcəyi brifinqlə bağlı TƏBİB-ə müraciət  edib.

“Defakto.az” xəbər verir ki, aktrisa sosial şəbəkədə status yazaraq teatrların 1 ildən çoxdur bağlı qalmasına etiraz edib.

İsgəndərli heç olmasa tamaşaların məşqlərinə icazə verilməsini təklif edib: “Deyilənə görə, brifinq olacaq. TƏBİB-də kimin teatrla maraqlanıb- maraqlanmadığını, sevib-sevmədiyini bilmirəm. Soruşanda deyəcəklər ki, vaxt var? Bizdə mədəniyyət sahəsinə onsuz da çoxunun vaxtı, marağı yoxdur.  Amma bu sənətə ömrünü verən, onu yaşadan sənətkarlar və yolunu gözləyən, sevən tamaşaçılar var.

Bir ildir teatrlar bağlıdır. Belə davam edərsə, bu, teatr sənətinin məhvi olacaq. Demirəm, teatrlar açılan kimi tamaşa oynanılsın, tamaşaçı gəlsin. Onsuz da bu, mümkün də deyil. Amma yeni tamaşaların məşqinə başlaya bilərdik ki, sabah teatrın pərdələri açılanda tamaşaçılarımızın qarşısına çıxa bilək. Ümid edirəm ki, TƏBİB bunları nəzərə alacaq”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir