Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bir qrup gənclə görüş keçirdi | DEFAKTO.AZ Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bir qrup gənclə görüş keçirdi – DEFAKTO.AZ

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bir qrup gənclə görüş keçirdi

260

05 May 2021 – ci ildə Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının pandemiya qaydalarına əməl edilməklə bir qrup gənclə görüşü keçirildi.

Görüşdə gənclərimizin qarşısında duran vəzifələr və onların qarşılaşdığı problemlər və torpaqlarımızın işğaldan azad edilməsində xilaskar Ali Baş Komandan, cənab İlham Əliyevin “Dəmir Yumruq” hərbi əməliyyatını uğurla başa çatdıran igid Silahlı Qüvvələrimizin qəhrəmanlıqlarında Azərbaycan gəncliyinin rəşadətləri ətrafında geniş fikir mübadiləsi aparıldı, gənclərimizin dövlətçiliyimizə bundan sonra da sədaqətlə xidmət etmələrinin zəruruliyi önə çəkildi.

Görüşün sonunda xatirə fotosu çəkildi.

AVP Mətbuat Xidməti




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir