Atasını avtobusla vəzifəsiz, çipsi ilə “rütbəsiz” qoyan general oğlu — VİDEO | DEFAKTO.AZ Atasını avtobusla vəzifəsiz, çipsi ilə “rütbəsiz” qoyan general oğlu — VİDEO – DEFAKTO.AZ

Atasını avtobusla vəzifəsiz, çipsi ilə “rütbəsiz” qoyan general oğlu — VİDEO

124

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə sabiq müavini, general-mayor Novruzəli Orucovun həbsdən yenicə çıxmış oğlu daha bir qalmaqallı hadisə ilə gündəmə gəlib.

Defakto.az xəbər verir ki, hazırda vəzifəsiz qoyduğu atasının, belə çıxır ki rütbsinə güvənən general oğlu marketlərin birində çipsiləri yararsız hala salıb və bunu mobil telefon vasitəsilə çəkib sosial şəbəkələrdə paylaşıb. Rüstəm Orucov polis tərəfindən saxlanılıb. O törətdiyi əmələ görə hər kəsdən üzr istəyib.

Qeyd edək ki, 2014-cü ilə avtomobili ilə adam öldürdüyünə görə, şərti azadlıqda olan Rüstəm Orucov 2017-cu ildə dostları ilə birlikdə Bakıda ona yol verməyən avtobus sürücüsünü döymüşdü.

Bu hadisədən dərhal sonra  ölkə başçısının sərəncamı ilə Novruzəli Orucov vəzifəsindən azad edilmişdi. Oğlu 4.6 il müddətinə həbs edilmişdi. Nədənsə həbs müddəti başa çatmayan və azadlıqda olan general oğlu, bu gedişlə atasını rütübəsiz də qoyacaq.(mediapost.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir