Azərbaycan yelkənçiləri beynəlxalq turnirdə üçüncü yeri tutublar – FOTO | DEFAKTO.AZ Azərbaycan yelkənçiləri beynəlxalq turnirdə üçüncü yeri tutublar – FOTO – DEFAKTO.AZ

Azərbaycan yelkənçiləri beynəlxalq turnirdə üçüncü yeri tutublar – FOTO

15


Azərbaycan yelkənçiləri Türkiyədə keçirilmiş “XI Erk Çelik Halat Bodrum” beynəlxalq yarışında uğurla çıxış ediblər.

Azərbaycan Yelkən Federasiyasından verilən məlumata görə, turnirə optimist sinfi üzrə qatılan idmançılardan Davud Babazadə və Nərgiz Məmmədova yeddi ölkə arasında üçüncü yeri tutublar.

Qeyd edək ki, yarışda məşqçi Yasin Çakırın rəhbərliyi altında milli üzvlərindən Nəzrin Məmmədova, Emel Məmmədli, Nərgiz Məmmədova, Kamal Bəşirli, Davud Babazadə və Furkan Mustafayev mübarizə aparıblar.