Azərbaycanda məqsədli büdcə fondlarına ayırmalar 44 faiz artırılır | DEFAKTO.AZ Azərbaycanda məqsədli büdcə fondlarına ayırmalar 44 faiz artırılır – DEFAKTO.AZ

Azərbaycanda məqsədli büdcə fondlarına ayırmalar 44 faiz artırılır

15


2024-cü ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 523,9 milyon manatı və yaxud 1,4%-i məqsədli büdcə fondlarına ayırmaların payına düşəcək.

Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 44,3% çoxdur.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 34 milyard 173 milyon manat, büdcə xərclərinin isə 36 milyard 763 milyon manat olacağı gözlənilir.