Türkiyə 2 yerli koronavirus dərmanı buraxacaq | DEFAKTO.AZ Türkiyə 2 yerli koronavirus dərmanı buraxacaq – DEFAKTO.AZ

Türkiyə 2 yerli koronavirus dərmanı buraxacaq

76

Türkiyə bu ilin avqust ayında koronavirusun müalicəsində istifadə olunacaq iki yerli dərman preparatını kütləvi istifadəyə buraxacaq.

“Defakto.az” xəbər verir ki, bu barədə Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) rəhbəri Həsən Mandal açıqlama verib.

“Bunlardan biri Ankara Universitetində hazırlanmış, digəri isə Bahçeşehir Universitetində hazırlanmış bir dərmandır. Bu dərmanların mövcud müalicə metodlarından daha təsirli olduğunu müşahidə etdik. Hər iki dərmanın da avqust ayında xalqımızın istifadəsinə verilməsini planlaşdırırıq”,- deyə Mandal qeyd edib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir