AFFA şikayətə baxdı: “Səbail” cəzalandırılmadı | DEFAKTO.AZ AFFA şikayətə baxdı: “Səbail” cəzalandırılmadı – DEFAKTO.AZ

AFFA şikayətə baxdı: “Səbail” cəzalandırılmadı

6


AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsi hazırda “Araz-Naxçıvan”da çıxış edən Tural Bayramlının şikayətinə baxıb.

Milli assosiasiyanın saytının yaydığı məlumata görə, 23 yaşlı yarımmüdafiəçinin sabiq klubu “Səbail”dən kompensasiya tələbi və paytaxt təmsilçisinə idman sanksiyası tətbiq edilməsi ilə bağlı iddiası təmin edilməyib.

Qeyd edək ki, “Səbail” yayda Tural Bayramlı ilə yollarını ayırıb. Oyunçu klubun müqavilə şərtlərinə uyğun olmadan onunla yolları ayırdığını əsas gətirərək şikayət edib. O, Bakı təmsilçisindən bir mövsüm ərzində alacağı məbləği istəyir.