“Kəpəz” Mali millisinin hücumçusunu transfer etdi | DEFAKTO.AZ “Kəpəz” Mali millisinin hücumçusunu transfer etdi – DEFAKTO.AZ

“Kəpəz” Mali millisinin hücumçusunu transfer etdi

11


“Kəpəz” heyətinə yeni futbolçu cəlb edib.

Klubun Mətbuat Xidmətinin yaydığı məlumata görə, Adama Niane bu komandanın formasını geyinəcək.

30 yaşlı forvardla müddəti mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Malili oyunçunun son klubu İranda “Nassaji” olub. Daha çox Fransa və Belçika çempionatlarında top qovan Adama “Nant”, “Trua”, “Soşo”, “Şarlerua” və “Ostende” kimi klublarda çıxış edib.

Adama Niane yeddi oyunda Mali yığmasının da formasını geyinib.