Bərdədə 42 yaşlı kişini avtomobil vurub | DEFAKTO.AZ Bərdədə 42 yaşlı kişini avtomobil vurub – DEFAKTO.AZ

Bərdədə 42 yaşlı kişini avtomobil vurub

9


Bərdədə 42 yaşlı kişini avtomobil vurub.

“Trend”in yerli bürosu xəbər verir ki, Bərdə rayonunda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qəza şəhərin Bakı küçəsində qeydə alınıb.

Bərdə rayonun Mirzalıbəyli kənd sakini, 1982-ci il təvəllüdlü Zaur Rasim oğlu Abdullayevin idarə etdiyi BMW markalı avtomobil yolu keçmək istəyən Bərdə rayon sakini, 1981-ci il təvəllüdlü Nadir Asif oğlu Nadirovu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.