Sosial şəbəkələrdə oxşarının portretini görüb şoka düşdü – FOTO | DEFAKTO.AZ Sosial şəbəkələrdə oxşarının portretini görüb şoka düşdü – FOTO – DEFAKTO.AZ

Sosial şəbəkələrdə oxşarının portretini görüb şoka düşdü – FOTO

14


ABŞ sakini təsadüfən sosial şəbəkələrdə oxşarının portretinə rast gəlib. Şəkildəki qadın qıvrım qırmızı saçları, boz-yaşıl gözləri və geniş alnı ilə heyrətamiz dərəcədə 43 yaşlı Cenni Smitə bənzəyib.

Smit nəyin bahasına olursa olsun, portreti tapıb almaq qərarına gəlib.

Araşdırma zamanı portretin 1000 kilometr aralıda – Şimali Karolina ştatının Sprus-Payn şəhərində antikvar mağazalarından birində satışa çıxarıldığını öyrənir. Bundan sonra tablonun sahibini və ya ən azından satıldığı mağazanın adını tapmaq üçün ay yarım vaxt sərf edib. Bu müddətdə onlayn mağaza ilə əlaqə axtarıb, tematik forumlara müraciət edib, bölgədəki antikvar dilerlərinə zəng edib və hətta “TikTok”da video yayımlayaraq axtarış üçün kömək istəyib. Nəhayət, Sprus-Payn sakinlərindən biri onunla əlaqə saxlayaraq tablonu tapdığını və bunun cəmi 10 dollar (təxminən 17 manat) olduğunu deyib.

Cəmi bir neçə gün sonra Smit artıq sirli dublyorunun portretinə sahib idi. O, şəkli qonaq otağından asıb. Qadının sözlərinə görə, evinə gələnlər portretin ona məxsus olduğunu düşünürlər.

Smit, həmçinin əsərin müəllifini tapıb. Onun Hərbi Hava Qüvvələrinin pilotu və İkinci Dünya müharibəsi veteranı Stiven Farris (oğul) olduğu ortaya çıxıb. Məlum olub ki, kişi rəsmi təsviri incəsənət dərslərinin birində çəkib, həmin qadın rəssamlar üçün poza verən model olub.

Mənbə: Lenta.ru